"Barselona" rumının transferinə hazırlaşır

09:47 - 27 Mart 2025

"Barselona" "Rayo Valyekano"nun müdafiəçisi Andrey Ratsu üçün hərəkətə keçib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçii 26 yaşlı futbolçuya görə məxsus olduğu kluba təklif göndərib. Tərəflər arasında razılığın olacağı ehtimal edilir.

Bu mövsüm İspaniya La Liqasında 26 matça çıxan rumın 2 qol vurub, 3 asist edib.

Andreyin "Rayo Valyekano" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, "Vilyarreal", "Den Haaq", "Hueska" klublarında oynayıb.

Xəbər xətti