Antonio Konte "Yuventus"a qayıda bilər.
Sportal.az “DAZN”a istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi italiyalı mütəxəssis baş məşqçi postuna qaytarmaq üçün işə başlayıb.
“Qoca sinyora” 55 yaşlı məşqçiyə illik 8 milyon avro maaş və bonuslarla 3 illik müqavilə təklif edib. Konte 2024-cü ildən "Napoli"yə rəhbərlik edir və komandanı çempion edə bilib.
O, 2011-2014-cü illərdə “Yuventus”u çalışdırıb və klubla üç liqa çempionu, iki İtaliya Superkubokunu qazanıb.
saytlarin hazirlanmasi