"Yuventus"dan Premyer Liqa klubuna

13:47 - 22 Avqust 2025

"Yuventus"un futbolçusu Duqlas Luiz İngiltərəyə geri qayıdıb.

Sportal.az xəbər verir ki, braziliyalı "Nottingem Forest"lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Duqlas 2025/2026 mövsümünü icarə əsasında Premyer Liqa klubunda keçirəcək.

27 yaşlı yarımmüdafiəçinin "Yuventus"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Vasko da Qama", "Mançester Siti", "Jirona", "Aston Villa" komandalarında oynayıb.

Xəbər xətti