17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 18-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq, ayın 22-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Moldovanın paytaxtı Kişineuya yollanacaq.
Sportal.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Uels, Kosovo və Moldova yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib. Turnirin bütün matçları Moldovada təşkil olunacaq.
U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
| Nr. | Ad / Soyad | Klub | 
| 1 | Aydan Abdullayeva | Sabah | 
| 2 | İradə Əsədli | Şəfa | 
| 3 | Aylin Quluzadə | Təhsil 8 İOEUGİM | 
| 4 | Məryəm Səmədli | Sabah | 
| 5 | Aysu Əsədova | Sabah | 
| 6 | Aylin Kərimova | Sabah | 
| 7 | Ayan Abdiyeva | Liman | 
| 8 | Şəhanə Mirzəliyeva | Liman | 
| 9 | Suel Polikarpova | Neftçi | 
| 10 | Sara Səlimova | Neftçi | 
| 11 | Naidə Məmmədova | Dirçəliş | 
| 12 | Xədicə Rəhimova | Neftçi | 
| 13 | Mehri Məmmədzadə | Baku Juniors | 
| 14 | Fatimə Kərimli | Sabah | 
| 15 | Tərgül Qəniyeva | Sabah | 
| 16 | Yasmin Bəbirova | Təhsil 8 İOEUGİM | 
| 17 | Zəhra İsmayılova | Şəfa | 
| 18 | Aylin Azadova | Sabah | 
24 oktyabr
Uels (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)
“Zimbru 2” stadionu, Kişineu. Saat 15:00
Baş hakim: Uqne Şmitayte (Litva)
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ana Bahcivanyi (Moldova)
Dördüncü hakim: Oleq Stoyanov (Moldova)
27 oktyabr
Kosovo (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)
Millilərin Hazırlıq Mərkəzi, Vadul lui Voda. Saat 14:00
Baş hakim: Briet Braqadottir (İslandiya)
Baş hakimin köməkçiləri: Ticana Krstiç (Serbiya), Ana Bahcivanyi (Moldova)
Dördüncü hakim: Oleq Stoyanov (Moldova)
30 oktyabr
Azərbaycan (U-17, Qadınlar) – Moldova (U-17, Qadınlar)
“Zimbru 2” stadionu, Kişineu. Saat 15:00
Baş hakim: Uqne Şmitayte (Litva)
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ticana Krstiç (Serbiya)
Dördüncü hakim: Briet Braqadottir (İslandiya)
 
      
                    