Ayxan Abbasov mətbuat önünə çıxacaq

11:16 - 11 Noyabr 2025

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - İslandiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, öncə mətbuat önünə İslandiya millisinin baş məşqçisi Arnar Gunnlaugsson çıxacaq.

Ayxan Abbasovun məbuat konfransı isə 19:30-da baş tutacaq. 

12 noyabr
 
İslandiya milli komandası
16:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
17:15. Mətbuat konfransı
 
Azərbaycan milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Xəbər xətti