Azərbaycan millisinin sabiq forvardı Xaqani Məmmədov Sportal.az saytına açıqlama verib.
O, yığma komandamızın DÇ-2026-nın seçmə mərhələsindəki çıxışını dəyərləndirib.
Keçmiş hücumçu həmçinin millinin baş məşqçi məsələsinə də münasibət bildirib:
"Azərbaycan millisinin Fransa ilə matça normal başladı, lakin rəqib təzyiq artırdı və xırda səhvlərdən qollar buraxdıq, sonda uduzduq. Ayxan Abbasovun dövründə milli komandamızda milli ruh görünürdü, meydanda sona qədər istəklə mübarizə aparırdılar. Təbii ki, Fernandu Santuşunun çalışdırdığı milli ilə müqayisə aparıram. Abbasovun vaxtında komanda meydana nə üçün çıxdığını, nə etməli olduğunu bilirdi. Təbii ki, bunlar gələcək üçün ümid verir. Məncə, Abbasov millidəki postunda qalmalıdır, Millətlər Liqasına onunla davam etmək lazımdır. O, azərbaycanlıdır, milli komandada əsl ruh yaradıb, inam qazandırıb. Yığmamızın gələcəyi üçün yaxşı olardı. Millətlər Liqasında da yenidən C divizionuna yüksələ bilərik".
Məmmədov, Premyer Liqada legioner limitinin tətbiq edilməsini də dəstəklədiyini söyləyib: "Limitin ləğvi milli komandamıza çox təsir edir. Çünki yerli futbolçular az oynayır. Fikrimcə, legionerlərə limit tətbiq edilməlidir. Belədə, futbolumuz və millimiz inkişafa keçə bilər. Ümidvaram ki, gələcək üçün bu məsələyə baxarlar, yerli oyunçularımız daha çox forma geyinmək şansı qazanar".
Mirbağırağa
saytlarin hazirlanmasi
