"Real" UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turu çərçivəsində səfərdə "Olimpiakos"un qonağı olacaq.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi oyuna ciddi itki ilə çıxacaq.
Qapıçı Tibo Kurtua səfər matçında komandaya kömək edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belçikalı qolkiperdə viruslu mədə-bağırsaq infeksiyası aşkarlanıb. 33 yaşlı "əlcək sahibi" kollektivlə birlikdə Yunanıstana aparılmayıb.
Qeyd edək ki, "Olimpiakos" - "Real" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi
