İngiltərə Premyer Liqasında 20-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Aston Villa" doğma meydanda "Nottingem Forest"i qəbul edib. Qarşılaşma Birmingem təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 42-yə yüksəldən "Aston Villa" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 18 xalı olan "Nottingem Forest" isə 17-ci yerdədir.
"Aston Villa" - "Nottingem Forest" 3:1
Qollar: Olli Uotkins, 45+1, Con Makqinn, 49, 73 - Morqan Gibbs-Uayt, 61
