Mahir Emreli qol vurdu, komandası Konfrans Liqasında qələbə qazandı

22:30 - 23 İyul 2026

Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Konfrans Liqasının seçmə mərhələsində fərqlənib.

Sportal.az xəbər verir ki, "Rakov"un heyətində çıxış edən Emreli Malta təmsilçisi "Valletta" ilə oyunda 53-cü dəqiqədə hesabı bərabərləşdirən qolu vurub.

Azərbaycanlı hücumçu görüşə start heyətində başlayıb və komandasının 2:1 hesabı ilə öndə olduğu vaxt, 82-ci dəqiqədə əvəzlənib.

Matç Polşa klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədə Mahir Emreli vurduğu qolla komandasının uğur qazanmasına mühüm töhfə verib.

Xəbər xətti