"Real" Rodrinin transferi üzərində işləməyə davam edir.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, çərşənbə axşamı Madrid klubunun nümayəndələri İspaniya paytaxtı yaxınlığındakı restoranlardan birində "Mançester Siti". yarımmüdafiəçisinin agentləri ilə görüş keçiriblər.
“Kral klubu” Rodrini əsas transfer hədəflərindən biri hesab edir və ona 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif etməyə hazırdır. Hazırda “Real” futbolçunun nümayəndələri ilə razılıq əldə etməyə çalışır.
Məlumata görə, Rodri də İspaniyaya qayıtmağa müsbət yanaşır. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. İngiltərə klubu bir neçə həftə əvvəl müqavilənin uzadılması ilə bağlı təklif göndərsə də, tərəflər hələ razılığa gələ bilməyiblər.
Qeyd olunur ki, “Real" və “Mançester Siti” arasında hələlik birbaşa danışıqlar aparılmayıb.
Rodri ötən mövsüm Premyer Liqada 21 oyunda 1 qol vurub. DÇ-2026-da isə İspaniya millisinin keçirdiyi 8 matçın hamısında iştirak edib və turnirin ən yaxşı futbolçusu seçilib.
saytlarin hazirlanmasi
