Komanda Bahadır Nəsimovsuz gəlir
Avqustun 20-də milli komandamız yoldaşlıq oyunu çərçivəsində Bakıda Özbəkistan yığmasını sınağa çəkəcək
Sportal.az xəbər verir ki, Özbəkistan millisinin baş məşqçisi Mircəlal Qasımov heyəti açıqlayıb. Belə ki, o, millimizlə oyuna 23 futbolçuya dəvət göndərib
Həmin oyunçular arasında "Neftçi"nin sabiq futbolçusu Bahadır Nəsimov yer almır. Özbəkistan millisinin heyətində Bakıya səfər edəcək futbolçuların siyahısı belədir:
Qapıçılar: Eldorbek Suyunov (“Nəsəf”), Nikita Ribkin (“Paxtakor”), Abdumavlon Abdujalilov (“Neftçi”);
Müdafiəçilər: Yeqor Krimets, Davron Xoşimov (hər ikisi - “Paxtakor”), Bobur Yuldoşev, Salim Mustafoyev, İslom Tuxtaxujayev (hamısı - “Lokomotiv”), Şerzod Fayziyev (“Məşəl”), Azamat İsroilov (“Olmalik);
Yarımmüdafiəçilər: Diyor Turopov (“Olmalik”), Azim Axmedov (“Novbahor”), Dilşod Jurayev, Sardor Raşidov (hər ikisi - “Bunyodkor”), Fozil Musayev (“Lokomotiv”), Jamşid İskanderov, Vladimir Kozak (hər ikisi - “Paxtakor”), Pavel Smolyaçenko (“Neftçi”), Farrux Sayfiyev (“Nəsəf”);
Hücumçular: Şaxzod Nurmetov (“Metallurq”), İvan Naqayev (“Lokomotiv”), Navruz Olimov (“Kizilkum”), İqor Segeyev (“Paxtakor”).
saytlarin hazirlanmasi