Daha bir futbolçu karyerasını başa vurdu

14:00 - 18 Dekabr 2014

Fransalı futbolçu son matçına çıxdı

 

Fransa futbolunun əfsanələrindən olan Tyerri Anrinin karyerasını başa vurmasından sonra daha bir fransız futbolçu karyerasının son matçına çıxıb.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Olimpiakos"un heyətində dünən "Panionios"la son matçına çıxan 35 yaşlı Erik Abidal bununla da karyerasını başa vurub.

 

Qeyd edək ki, Erik Abidal karyerası ərzində "Monako". "Lill", "Lion" və "Barselona" kimi klubların şərəfini qoruyub.

Xəbər xətti