O, Meksika klubunu çalışdıracaq
İtaliya millisi ilə 2006-cı ildə dünya çempionu olmuş Mauro Kamoranezi məşqçiliyə başlayıb.
Sportal.az xəbər verir ki, argentinalı əsilli sabiq futbolçu Meksikanın II divizionunun lideri “Koras Tepik”in baş məşqçisi təyin olunub. Meksikanın “Santos Laquna” və “Krus Asul” klublarında çıxış etmiş futbolçu “Yuventus”da uğurlu çıxışıyla yadda qalib. İtaliya yığmasında forma geyinən Kamoranezi 55 oyunda rəqib qapılarına 5 dəfə yol tapıb.
saytlarin hazirlanmasi