Marku Silva: “Qışda transfer olmayacağını mətbuatdan xəbər tutdum”
“Sportinq” klubunun baş məşqçisi Marku Silva qış fasiləsində transfer olmayacağını mətbuatdan xəbət tutub.
Sportal.az xəbər verir ki, halbuki klub rəhbəri Brunu de Karvalyo baş məşqçiylə söhbətində fasilədə komandanın gücləndirilməsini məsləhət bilib. Lakin sonradan mətbuata açıqlamasında prezident “Sportinq”in yeni oyunçulara ehtiyacı olmadığını deyib. Karvalyo bildirib ki, ehtiyac olduğu halda klubun aşağı yaş qruplarında istedadllı oyunçuların xidmətindən istifadə edəcəklər.
Marku Silva isə klub rəhbərinin ikili siyasət yürütdüyünü deyib:
“Mənim üçün də maraqlıdır. Necə ola bilər ki, rəhbərlik mənə yeni oyunçuların ehtiyac olduğunu deyir, sonra bunun əksini mətbuatda açıqlayır. Əgər rəhbərliklə bu barədə danışığım olmasaydı, hardasa anlayışlı qarşılayardım. Onsuz da onlar desəydilər ki, yeni oyunçular alınmayacaq, mən öz işimi yenə davam etdirəcəkdim. Artıq başqa bir söz deyə bilmirəm”.
saytlarin hazirlanmasi