Maykonun 3 yaşlı qızı ölümdən döndü

03:45 - 22 Dekabr 2014

Futbolçu hava limanından xəstəxanaya yollandı
 
“Porto” klubunun müdafiəçisi Maykon üç yaşlı qızını itirə bilərdi.
 
Sportal.az xəbər verir ki, yeni ili ölkəsi Braziliyada keçirmək üçün üç yaşlı qızıyla hava limanına gələn futbolçunun başına iş gəlib. Təyyarə uçuşa hazırlaşarkən qızın səhhəti pisləşib və özündən gedib.
 
Ağır vəziyyətdə olan qızcığıazı hava limanından təcili yardımla şəhər xəstəxanalarından birinə çatdırıblar. Məhz həkimlərin müdaxiləsindən sonra qız yenidən özünə gəlib. Maykon Braziliya səfərini müvəqqəti olaraq ayın sonuna qədər təxirə salıb.      

Xəbər xətti