Təcrübəli mütəxəssisdən növbəti uğur
"Şaxtyor" (Donetsk) klubunun baş məşqçisi Mirça Luçesku Rumıniyada ilin məşqçisi seçilib.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis səsvermədə birinci yerə layiq görülüb.
M.Luçesku ötən mövsüm komandası ilə Ukrayna Premyer Liqasını və ölkə superkubokunu qazanıb.