Baş məşqçidən maraqlı açıqlama
"Çelsi"nin təcrübəli baş məşqçisi Joze Mourinyo 2008-ci ildə İngiltərə Futbol Federasiyasından ona gələn təklifi niyə qəbul etmədiyini bildirib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mourinyo öz açıqlamsında həyat yoldaşının onu ayıltdığını bildirərək bunları qeyd edib:
"Həyat yoldaşım haqlı idi. Mən məşqi, futbolu çox sevirəm. O vaxtlar İngiltərə Fransa ilə yoldaşlıq matçı keçirəcəkdi. Yoldaşım mənə gəlib dedi ki, oyun nə vaxtdır? Məndə cavabında 2 ay sonra deyə bildirəndə mənə təsiredici sözlər bildirdi: "Bu 2 ay ərzində nə etmək fikrindəsən? Ümumiyyətlə nə fikirləşirsən? Bu təklifi unut."
saytlarin hazirlanmasi