19-cu turun qarşılaşmaları
Bu gün İngiltərə Premyer Liqasında XIX turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, 2014-ci ilin son turu Londonda - “Tottenhem” - “Mançester Yunayted” matçı ilə başlayıb. Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.
Lider “Çelsi” səfərdə “Sautqempton”la bərabərə qalıb - 1:1. “Mançester Siti” “Bernli” ilə qarşılaşıb. Bu görüşdə də qalib müəyyənləşməyib. Oyun 2:2 hesabı ilə başa çatıb.
“Arsenal” səfərdə “Vest Hem”ı 2:1 hesabı ilə məğlub edib.
Tura isə “Liverpul” – “Suonsi” görüşü ilə yekun vurulacaq.
İngiltərə Premyer Liqası
XIX tur
28 dekabr
"Tottenhem” – “Mançester Yunayted” - 0:0
“Sautqempton” – “Çelsi” - 1:1
Qollar: Mane, 17 - Azard, 45+1
"Aston Villa” – “Sanderlend” - 0:0
“Hall Siti” – “Lester” - 0:1
Qol: Mahres, 32
“Mançester Siti” – “Bernli” - 2:2
Qollar: David Silva, 23, Fernandinyo, 34 - Boyd, 47, Barnes, 81
KPR – “Kristal Pelas” - 0:0
“Stok Siti” – “Vest Bromviç” - 2:0
Qol: Diuf, 51; 66
“Vest Hem” – “Arsenal” - 1:2
Qollar: Kuyate, 54 - Kazorla, 41-pen, Uellbek, 44
“Nyukasl” – “Everton” - 3:2
Qollar: Sisse, 34, Peres, 51, Kolbak, 68 - Kone, 5, Miralyas, 84
29 dekabr
00:00 “Liverpul” – “Suonsi”
saytlarin hazirlanmasi