"Latsio" və "Parma" 1/4 finalda

02:45 - 15 Yanvar 2015

"Torino" kubokdan kənarlaşdırıldı
 
İtaliya ölkə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, “Latsio” səfərdə “Torino”yla münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.  
 
İtaliya A seriyasında elə də yaxşı qrafik cızmayan “Parma” kubokda uğurlu çıxışını davam etdirir. "Parma" doğma publika önündə “Kalyari”yə 2:1 hesabıyla qalib gələrək adını 1/4 finala yazdırıb.  
 
 
İtaliya ölkə kuboku 1/8 final mərhələsi
 
 
"Torino" – "Latsio"  1:3
Qollar: Martines, 49 – Keyta, 13. Kloze, 29. Ledesma, 57 –pen.
 
“Parma” – “Kalyari”  2:1
Qollar:
Paletta, 45, Rispoli, 84 – Sau, 69

Xəbər xətti