Klub rəhbərliyi qərarını verməyib
Millimizin yarımmüdafiəçisi Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" baş məşqçisiz qalıb.
Sportal.az xəbər verir ki, komandanın çalışdırıcısı Ümit Özat istefa verib. Dünən Elazığ klubu səfərdə millimizin sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor"la görüşdə 1:0 hesabı ilə məğlub olduqdan sonra gənc mütəxəssis istefa ərizəsini klub rəhbərliyinə təqdim edib, klub rəhbərliyi bu gün bu barədə son qərarını verəcək.
Qeyd edək ki, "Elazığspor" hazırda 27 xalla 13-cü pillədə yer alır.
saytlarin hazirlanmasi