Qurbanov izlədi, komandası qələbə qazandı

01:37 - 9 Mart 2015

"Hayduk" növbəti oyununu keçirib
 
Xorvatiya çempionatında 24-cü turun oyunları keçirilib. 
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Osiyek"lə üz-üzə gəlib. Matç həmyerlimizin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ruslan matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, Split təmsilçisi hazırda 36 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti