Məlikov da əsas heyətdən uzaqlaşdırıla bilər

11:27 - 12 Mart 2015

"Çalışmayanlar əvəzedici komandaya göndəriləcəklər"
 
Milli komandamızın sabiq müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" Türkiyə PTT 1-ci liqasında çətin günlərini yaşayır.
 
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Məhmət Altıbarmaq komandanın bu durumda olmasının səbəbini futbolçuların komanda üçün can yandırmamasında görür. Türkiyə mətbuatına açıqlamasında Altıbarmaq bir neçə təcrübəli oyunçunun əvəzedici komandaya göndəriləcəyini açıqlayıb ki, həmin futbolçular arasında Rail Məlikovun da adı ola biləcəyi gündəmdədir. Altıbarmaq mətbuata açıqlamasında bunları deyib : "Heyətdə 26 futbolçu var. Kim çox çalışırsa O, da əsas heyətdə forma geyinəcək. Kimsə qardaşım deyil. Çalışmayanlar əvəzedici komandaya göndəriləcəklər. Tək hədəfimiz komandanı düşdüyü vəziyyətdən çıxarmaqdır."
 
Qeyd edək ki,Rail də bir neçə müddətdir əsas heyətdəki yerini itirib, yeni baş məşqçi dönəmində Məlikov 3 oyunda cəmi 12 dəqiqə forma geyinib.

Xəbər xətti