Subaşiç oynadı, Şükürovun komandası qələbə qazandı

01:22 - 17 Mart 2015

"Karşıyaka"dan ianmlı qələbə
 
Türkiyə PTT 1-ci liqasında 24-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası - "Karşıyaka" öz meydanında mllimizin sabiq hücumçusu Branimir Subaşiçli "Manisaspor"u qəbul edib.
 
Oyun "Karşıyaka"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mahirin adı matçın iştirak ərizəsində yer almayıb. Start heyətdə meydana çıxan Subaşiç isə sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, "Karşıyaka" hazırda 36 xalla 8-ci, "Manisaspor" isə 23 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti