Hakim öldürüldü, həyat yoldaşı qırmızı vərəqə göstərdi VİDEO
20:00 - 17 Mart 2015
Futbolçuya 8 il həbs cəzası verildi
Ötən il Amerikada keçirilən oyunların biri hakimin ölümüylə nəticələnmişdi.
Sportal.az xəbər verir ki, oyunda kobudluq edən Bassel Saad hakim Con Binevicdən qırmızı vərəqə alacağını təxmin edib. Ədalət təmsilçisinin əlini cibinə apardığını görən futbolçu onun qırmızı vərəqə göstərməsinə imkan verməyib.
Əsəblərini cilovlaya bilməyən Bassel Saad yumruq zərbəsiylə referinin həyatına son qoyub. 44 yaşlı hakimi öldürən futbolçunun işinə baxan istintaq orqanı cinayətlə bağlı qərarını açıqlayıb. Basselə 8 il həbs cəzası elan olunanda məhkəmə salonunda mərhum referinin həyat yoldaşı ərinin qatilinə qırmızı vərəqə göstərib.