AÇ-2016-dan sonra təcrübəli mütəxəssis millidən ayrılacaq
Danimarka yığma komandasının baş məşqçisi Marten Olsen postundan gedəcəyi vaxtı açıqlayıb.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis AÇ-2016-nın final mərhələsindən sonra komandadan ayrılacaq. Seçmə mərhələdə Portuqaliya, Albaniya, Serbiya və Ermənistan yığmaları ilə eyni qrupda mübarizə aparan Danimarka millisi 7 xalla turnir cədvəlinə başçılıq edir. Marten Olsen millidə işinə xitam verəcəyinə belə izah gətirib:
“Belə qərar verməyimin iki səbəbi var. Birincisi, insanların millidə qalıb-qalmayacağımla bağlı sullarına son qoymaq. İkincisi isə federasiyanın yerimə əvəzləyici tapması üçün vaxtı qazamasıdır. Artıq belə qərara gəlmişəm ki, 2016-cı il final mərhələsindən sonra yığmadan gedim. Ancaq öncə məqsədimiz seçmə mərhələni uöurla başa vurub qrupdan birbaşa olaraq final mərhələsinə vəsiqə qazanmaqdır”.
saytlarin hazirlanmasi