Kubok matçı
Türkiyə Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası "Kayserispor" da növbəti matçına çıxıb. Kayseri təmsilçisi doğma meydanda Super Liqa klubu olan "Sivasspor"u qəbul edib. Matç 1:1 hesabıyla başa çatıb. Kamran Ağayev matçı ehtiyat oyunçular skamyasından izləyib. Kayseri təmsilçisi bu matça ikinci heyətlə çıxmışdı. Qeyd edək ki, bu klublar arasındakı cavab görüşü aprelin 7-də baş tutacaq.
saytlarin hazirlanmasi