"Digər namizədlərin FİFA prezidenti seçilməyə heç bir şansı yoxdur"

18:10 - 31 Mart 2015

Lennart Yohansson: “Blatter ilkin mərhələdə rəqiblərinə qalib gələcək”
 
Mayın 29-da FİFA-da prezident seçkisi keçiriləcək. Ali qurumun prezidenliyinə Yozef Blatterlə yanaşı Luiş Fiqu, Mixael van Praq və Əl-Hüseynin də namizədliyi irəli sürülüb.
 
Sportal.az xəbər verir ki, UEFA-nın sabiq prezidenti Lennart Yohansson bu dəfəki seçkilərdə də Blatterin qalib gələcəyini deyib
 
“Digər namizədlərin prezident seçilməyə heç bir şansı yoxdur. Blatter ilkin mərhələdə rəqiblərini üstələyəcək. O, rəqiblərinə necə qalib gələcəyini yaxşı bilir. Blatter seçkilər ərəfəsində səsvermədə iştirak edən insanlarla işləməyi yaxşı bacarır. Onun uzun müddət FİFA prezidenti postunda möhkəmlənməsi məni təəcübləndirmir. Asiya və Afrika ölkələrinin seçkilərdə avropalı mütəxəssisə səs verəcəyini gözləmirəm. Yalnız Blatter istisna olmaqla. Çünki Blatter elə FİFA deməkdir”.

Xəbər xətti