Şükürov çərşənbə günü komandaya qoşulacaq
Mahir Şükürov "Karşıyaka" rəhbərliyini əsbiləşdirib.
Sportal.az "Sabah" qəzetinə istinadən хəbər verir ki, buna səbəb futbolçunun vaхtında klubun düşərgəsinə dönməməsi olub.
Belə ki, Malta ilə oyun üçün Bakıya gələn Şükürov "Adana Dəmirspor"la oyuna hazırlaşan "Karşıyaka"nın düşərgəsinə qayıtmayıb. Futbolçumuz onunla telefon əlaqəsi yaradan klub rəsmilərinə belə cavab verib: "Pasportumda boş səhifə qalmayıb. Problemi həll etdikdən sonra - çərşənbə günü gələ bilərəm".
Onun məsuliyyətsiz hərəkəti klub rəhbərliyini və məşqçilər korpusunu əsəbiləşdirib. Onlar Mahirin ölkədə daha çoх qalmaq üçün belə bir bəhanəyə əl atdığını düşünür.
saytlarin hazirlanmasi