Aqil Məmmədov: "Səhvlərimiz göz önündədir"

19:32 - 1 Aprel 2015

"Maraqlı oyun alındı"

 

Premyer Liqanın XXVII turunda “Xəzər Lənkəran” “Sumqayıt”ı 3-2 hesabı ilə məğlub etdi. 

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov bunları qeyd edib:

 

“Maraqlı oyun alındı. Oyunun gedişi  göstərmirdi ki, qələbə kimin olacaq. Sonda qələbəni “Xəzər Lənkəran” qazandı.  Səhvlərimiz göz önündədir.  Artıq 11 oyundur ki, qələbə qazana bilmirik. Bu uğursuz seriyaya növbəti turda “Bakı” ilə keçiriləcək oyunda son qoymaq istəyirik”. 

Xəbər xətti