Araz Abdullayev: "Çingiz Abdullayevin romanlarını oxuyaram"

00:06 - 2 Aprel 2015

"Əgər məni hazır görmürsə, bu baş məşqçinin fikridir"
 
"Bu oyunda qələbə qazandıq, növbəti oyunlarda da rəqib komandaya uğurlar arzulayıram. Çalışacağıq növbəti oyunlarda daha yaxşı performans sərgiləyək və azarkeşlərimizi yenidən stadiona yığaq"
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev bildirib. O, milliyə çağrılmaması  ilə bağlı bunları da dilə gətirib:
 
"Bu baş məşqçinin qərarıdı, mən həmişə milli komandama kömək etməyə hazıram. Əgər məni hazır görmürsə, bu baş məşqçinin fikridir. Buna mən nə deyə bilərəm".
 
Araz "Neftçi"də Müşahidə Şurasının rəhbəri seçilən Çingiz Abdullayev haqda suallara cavab verib:

"Çingiz Abdullayevi tanıyıram, gözəl yazıçılardandı. Bilirəm ki, onun 29 milyon kitabı satılıb. Onun romanlarını oxumamışam, amma gələcəkdə oxuyaram".

Xəbər xətti