"Əgər klub məni satmaq istəsə, çamadanımı yığışdırıb gedərəm"

01:25 - 2 Aprel 2015

"İnter " Mauro İkardi ilə müqaviləni artıracaq?
 
“İnter”in hücumçusu Mauro İkardi klubla müqaviləsini artırmağa hazırlaşır.
 
Sportal.az xəbər verir ki, milanlılar argentinalı forvardla müqaviləsini  2019-cu ilə qədər uzadatmaq istəyir. 22 yaşlı futbolçunun maaşını 3 dəfə artırmağı planlaşdıran klub rəhbərliyi yaxın vaxtlarda Rikardinin məsləsinə aydınlıq gətirəcək. Cari mövsümm “İnter”in heyətində 27oyun keçirən argentinalı rəqib qapılarına 15 dəfə yol taparaq bir məhsuldar ötürmənin ifaçısı olub. Mauro Rikardi klubla yeni müqavilə bağlayacağını ümid edir: 
 
“Klub rəhbərliyi ilə razılığa gəlsəm, onda  “İnter”də qalcağam. Əgər klub məni satmaq istəsə, çamadanımı yığışdırıb gedərəm. Hər bir halda çalışacağam ki, gələcək karyeramı “İnter”lə bağlayım. Burada özümü rahat və xoşbəxt hiss edirəm”.                 

Xəbər xətti