Hücumçunu almaq istəyən 18 milyon ödəməlidir
“Anderlext” klubunun rəhbərliyi serbiyalı hücumçu Aleksandr Mitroviçi ucuz satmaq fikrində deyil.
Sportal.az xəbər verir ki, 20 yaşlı futbolçunu yayda “Fiorentina”, “Roma” və “Benfika” klubları heyətinə qatmağa hazırlaşır.
“Anderlext”li forvarda sahib çıxmaq istəyən klubların sayının artması belçikalıları futbolçunun transfer qiymətini açıqlamasına məcbur edib. Belə ki, futbolçunu düşərgəsinə qatmaq istəyən komanda Belçika təmsilçisinə 18 milyon avro ödəməli olacaq.
saytlarin hazirlanmasi