Futbolçu artıq Bakıdadı
Türkiyənin “Elazığspor” klubunda çıxış edən amma əsas heyətdən uzaqlaşdırılan Cavid İmamverdiyev yenidən "Neftçi"yə qayıdıb.
Sportal.az xəbər verir ki, Cavid ötən gün keçirilən Premyer Liqanın XXVII turunun “Neftçi” – “Bakı” matçını izləyib. O, qarşılaşmanın fasiləsində klubun Müşahidə Şurasının üzvü, klubun son prezidenti Sadıq Sadıqovla da görüşüb. O, əməkdaşımızla söhbətində Türkiyəyə qayıtmayacağını bildirib.
saytlarin hazirlanmasi