"Manisaspor" 6 qol vursa da, Subaşiç fərqlənə bilmədi

19:25 - 4 Aprel 2015

Futbolçumuz 90 dəqiqə oynadı
 
Türkiyə PTT 1-ci Liqasında 26-cı turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.
 
Manisalılar səfərdə "Orduspor"la qarşılaşıblar. Matç Branimirin komandasının 6:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Subaşiç sonadək meydanda olub. Qeyd edək ki, "Manisaspor" hazırda 26 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti