Georgi Çixradze: "Oyun barədə nə demək olar?"

19:25 - 5 Aprel 2015

"İlk hissədə üstün idik"

 

Premyer Liqanın XXVIII turu “Neftçi” üçün uğurlu alındı. Paytaxt klubu Zaqatalada “Simurq”u  1-0 hesabı ilə məğlub etdi.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Simurq"un baş məşqçisi Georgi Çixradze bunları qeyd edib:

 

“Oyun barədə nə demək olar? Məğlubiyyətə görə məyusam. Bu gün iki fərqli hissə izlədik. İlk hissədə üstün idik, ikinci hissədə isə zəif təsir bağışladıq. Rəqib adi bir qol vəziyyətindən yararlandı və qələbə qazandı”.  

Xəbər xətti