"Bu xalı rəhbərliyə hədiyyə edirəm"
Premyer Liqanın XXVIII turunda keçirilən “Bakı” – “Qarabağ” oyunu 1-1 hesabı ilə başa çatdı.
Sportal.az xəbər verir ki, oyundan sonra "Bakı"nın baş məşqçisi İbrahim Uzunca bunları qeyd edib:
“Böyük sıxıntılardan sonra “Qarabağ” kimi güclü bir komandaya qarşı mübarizə apardıq. Mənim indiyə qədər “oyuna çıxmayacağıq” cümləsi işlətməmişəm. Məşqə çıxmamaq olar, belə problemlər mümkündür. Bu gün futbolçular oyuna çıxdılar və 1 xal qazandıq. Mən bu xalı rəhbərliyə hədiyyə edirəm”.