Zeynal Məmmədovla Yaşar Seyidov arasında söz davası, İbrahim Uzunca və komandaya xüsusi dəstək TƏFƏRRÜAT

00:06 - 6 Aprel 2015

"Bakı"nın bazasında növbəti qalmaqal
 
Dünən "Bakı" - "Qarabağ" matçından öncə yaşanan qalmaqal diqqətlərdən qaçmayıb. Belə ki, yanvar ayının maaşını almayan "Bakı"nın bu matça çıxıb çıxmayacağı məlum deyildi. Bunu başa düşən klubun icraçı direktoru Yaşar Seyidov işini ehtiyyatlı tutaraq baş məşqçi İbrahim Uzuncanı Novruz Əzimovla əvəz etmiş Qəhrəman Əliyevi isə ona köməkçi təyin edib. 
 
Sportal.az bu məsələnin təfərrüatları ilə bağlı özəl məlumat əldə edib.  Belə ki, Novruz Əzimovun qurduğu heyət komandanı özündən çıxarıb. komandanın 4 əsas futbolçusu Vüqar Bəybalayev, Georgios Pelagris, Jaba və Nurlan Novruzov start heyətdə, bir neçə futbolçunun adı isə ilk "18-lik"də olmayıb. Əvəzində isə 19 yaşlı komandadan bir neçə futbolçu start heyətdə meydana çıxmalı idi. Heyətdə olan futbolçular bu qərara etiraz olaraq paltardəyişmə otağını tərk edib. Bu zaman bazada olan klub meneceri Zeynal Məmmədov vəziyyəti öyrənib  və Yaşar Seyidovla söz davasına çıxıb. Daha sonra isə Məmmədov baş məşqçi İbrahim Uzuncaya "get heyətini qur və meydana çıx" deməsindən komanda meydana çıxıb. 
 
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Xəbər xətti