"Neftçi" və "Qarabağ" 650-yə çatdı

11:46 - 6 Aprel 2015

155-ci bərabərlik

 

Azərbaycan çempionatlarında ən çox oyun keçirən iki klub  - “Neftçi” və “Qarabağ” yubiley matçına çıxıb. 1992-ci ildə start götürən yarışın daimi iştirakçıları 650-ci qarşılaşmada qüvvələrini sınayıblar. Hər iki komanda Topaz Premyer Liqasının 28-ci turuna qədər 649 görüş keçirdiyi üçün aprelin 5-dəki matçlar yubiley xarakteri daşıyıb. “Neftçi” “Simurq”la, “Qarabağ” isə “Bakı” ilə səfər oyununda 650-yə çatıb.

 

Sportal.az PFl-in saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 1:0 hesabı ilə qalib gəlib, 387-ci qələbəsini qazanıb. 143 heç-heçəsi olan “Neftçi” 120 dəfə məğlub olub. 1168 qol vuran “ağ-qaralar” 452 top buraxıb.

 

“Qarabağ” üçün 1:1 hesablı heç-heçə 155-ci bərabərlik olub. 345 qələbəsi olan Ağdam klubu 150 dəfə məğlub olub. 945 qol vuran ağdamlılar 541 top buraxıb.

 

Qeyd edək ki, ölkə çempionatlarında ən çox oyun keçirən komandalar arasında ilk “beşlik”də “Turan” (584), “Bakı” (510) və “Kəpəz” (482) də yer alıb.

Xəbər xətti