Amerika kubokuna aparacaq
ABŞ-ın “Orlando Siti” klubunun üzvü Rikardo Kaka uzun müddət sonra yenidən Braziliya millisinin heyətinə çağırılıb.
Sportal.az xəbər verir ki, 11 iyun - 4 iyul tarixlərində Çilidə keçiriləcək Amerika Kubokuna aparılacaq heyətdə Kakanın da adı yer alıb.
Qeyd edək ki, 33 yaşlı hücumameyilli yarımmüdafiəçi isə 2002-ci ildən millinin formasını geyir.