Klub rəhbəri baş məşqçiylə yola getmədi
İtaliya A seriyasında mövsümü 4-cü yerdə başa vuran “Fiorentina” klubu baş məşqçisi Vinçenso Monyellayla yollarını ayırır.
Sportal.az xəbər verir ki, Montellanın klub rəhbəri Andrea Della Valleylə yola getməməsi, baş məşqçinin postundan uzaqlaşdırılmasına səbəb ola bilər.
Tərəflər arasında münasibətlərin pozulması Montellanın “Fiorentina”nın “sükanı” arxasında qalmaq ehtimalını azaldıb. Hətta yayılan son məlumatlara görə klub rəhbəri artıq baş məşqçiylə yollarını ayırdığını elan edib.
saytlarin hazirlanmasi