Baş məşqçinin köməkçisi olacaq
Hollandiya futbolunun canlı əfsanəsi Marko van Basten özünə yeni iş yeri tapıb.
Sportal.az xəbər verir ki, o, bundan sonra Hollandiya millisində çalışacaq.
Qus Hiddinkin gedişindən sonra baş məşqçi postuna gətirilən Danni Blindin köməkçilərindən biri məhz van Basten olacaq. Yerli futbol federasiyası ilə 3 illik müqavilə imzalayan 51 yaşlı mütəxəssis avqustun 1-dən etibarən rəsmən fəaliyyətə başlayacaq
saytlarin hazirlanmasi