Sabiq FİFA prezidenti: "Həbs olunmaqdan qorxuram"

17:46 - 6 İyul 2015

Hər kəsin bir qorxusu var

 

FİFA prezidentliyindən istefa verən Yozef Blatter maraqlı fikirləri ilə diqqətmərkəzinə düşüb.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Blatter həbs edilmək qorxusu olduğu üçün İsveçrədən kənara çıxmadığını bildirib:

 

"Kanadada qadınlar arasında keçirilən dünya çempionatına gedə bilmədim. Amerikalıların mənə qarşı xüsusi qəsdi-qərəzləri yoxdur. Sadəcə, həbs olunmağımdan və bunun böyük səs-küyə səbəb olacağından qorxuram. Tənqidlər məni incitmir. Məni narahat edən təhqirlər və insanların mənə qarşı olan qəzəbidir. Hər kəsin bir qorxusu var. Məsələn, ölüm qorxu kimi. Ancaq mən FİFA-da işimi itirməkdən yox, insanların FİFA-nı məhv etmələrindən qorxuram".

 

Qeyd edək ki, Blatter mayın 29-da keçirikən seçkilərdə FİFA prezidenti seçilsə də, 4 gün sonra hər kəs tərəfindən dəstəklənməməsini əsas gətirərək istefa verib.  

Xəbər xətti