Şotlandiyalı hakimlər idarə edəcək
UEFA Superkubokunu idarə edəcək hakimlər briqadası müəyyənləşib.
Sportal.az xəbər verir ki, İspaniyanın “Barselona” və “Sevilya” komandaları arasında keçiriləcək oyunu şotlandiyalı hakimlər idarə edəcək.
Baş hakim Uilyam Kollum olacaq. Ona həmyerliləri Frensis Konnor və Damyen Maqret yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə şotlandiyalı Qrem Çembers icra edəcək.
Qeyd edək ki, “Barselona” – “Sevilya” matçı avqustun 11-də Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək.
saytlarin hazirlanmasi