Pelle van Amersfort komandasına qələbə qazandırdı   
	 
	19 yaşlılar arasında Avropa çempionatının final mərhələsinin oyunları davam edir.
	 
	Sportal.az xəbər verir ki, Hollandiya və Rusiya yığmalarının qarşılaşmasıyla B qrupunun oyunlarına start verilib.
	 
	44-cü dəqiqədə Pelle van Amersfortun qolu hollandiyalıları fasiləyə üstün yollayıb. Dmitri Xomuxinin komandası ikinci hissədə meydanda azlıqda qalıb. Aleksandr Lixaçev ikinci sarı vərəqəylə meydandan qovularaq rusları çətin vəziyyətdə qoyub. Belədə üstünlüyü əldən verməyən Hollandiya milli komandası sonda 1:0 hesablı qələbəni bayram edib.              
	 
	 
	B qrupu
	 
	Hollandiya (U-19) – Rusiya (U-19)  1:0
	Qol: Pelle van Amersfort, 44.
	 
	 
	
                      
saytlarin hazirlanmasi