Bundestim startda uğursuzluğa düçar oldu
	 
	19 yaşlılar arasında Avropa çempionatının final mərhələsinin oyunları keçirilib.
	 
	Sportal.az xəbər verir ki, B qrupunun digər qarşılaşmasında Almaniya və İspaniya milli komandaları üz-üzə gəlib.
	 
	Merinonun erkən qolu ispanları hesabda önə çıxarıb. Fasiləyə üstünlüklə yollanan ispanlar ikinci hissədə fəallığı artıraraq Almaniya yığmasının qapısından daha iki top keçiriblər. Rəqibinə 3:0 hesabı ilə qalib gələn İspaniya yığması qitə çempionatının final mərhələsinə yaxşı başlayıb.       
	 
	 
	 
	Almaniya (U-19) – İspaniya  (U-19)  0:3
	Qollar: Merino, 8, Mayoral, 72 –pen., Nauel, 90+3
	 
	
                      
saytlarin hazirlanmasi