Lionel Messi yığmada oynamaq istəmir

02:56 - 8 İyul 2015

Argentinalı ulduz seçmə mərhələdə komandasına kömək etməyəcək            
 
“Barselona” klubunun hücumçusu Lionel Messi Argentina millisində çıxışına fasilə verəcək.   
 
Sportal.az xəbər verir ki, argentinalı futbolçu ardıcıl ikinci dəfə finalda məğlubiyyətlə üzləşdiyi üçün bir müddət yığmadan kənarda qalmaq istəyir.
 
DÇ-2014-ün finalında Almaniya millisinə, ardından da Amerika kubokunda Çili qarşısında yenilgi Messiyə pis təsir edib. Hətta son yayılan məlumatlara görə, argentinalı ulduz baş məşqçi Xerardo Martinodan xahiş edib ki, onu komandaya dəvət etməsin. Belə olan halda Messinin DÇ-2018-in seçmə mərhələ oyunlarında yığma komandada yer almayacağı gözlənilir.              

Xəbər xətti