Nazarov oynadı, komandası heç-heçə etdi

01:01 - 9 İyul 2015

Millimizin üzvü üçün 45 dəqiqə
 
Millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu Almaniyanın "Karlsrue" klubu yoxlama oyununda qüvvəsini sınayıb.
 
Sportal.az xəbər verir ki, "göy-ağlar" Kazan "Rubin"iylə qarşılaşıb. Nazarovun start heyətində meydana çıxdığı və fasilədə əvəzləndiyi oyun 2:2 hesablı bərabərliklə nəticələnib.
 
"Karlsrue" növbəti yoxlama oyununu iyulun 15-də, İsveçrə "Aarau"suna qarşı keçirəcək.
 

Xəbər xətti