Ardıcıl məğlubiyyət ukraynalıları növbəti mərhələdən kənarlaşdırdı
	 
	19 yaşlılar arasında Avropa çempionatının final mərhələsində 2-ci turun oyunları keçirilib.
	 
	Sportal.az xəbər verir ki, B qrupunda mübarizə aparan Ukrayna millisi Fransa yığmasıyla üz-üzə gəlib. 
	 
	İlk görüşdə yunanlara uduzan Ukaryna bu dəfə də məğlubiyyətlə üzləşib. Belə ki, fransızlara 3:1 hesabı ilə yenilən ukraynalılar qitə yarışında növbəti mərhələyə çıxmaq şanslarını itiriblər.    
	 
	 
	9 iyul 
	 
	Ukrayna (U-19) — Fransa (U-19)  1:3
	Qollar: Zubkov, 55 — Qirassi, 31, Dembele, 62, Lukyançuk, 90-öz qapısına.
	 
	 
	
                      
saytlarin hazirlanmasi