“Əgər qitə çempionatında yolumuza davam etmək istəyiriksə, diqqətli olmalıyıq”
Yunanıstanda keçirilən 19 yaşlılar arasında Avropa çempionatının final mərhələsində qrup oyunlarının yekun vurulmasına 1 tur qalıb.
Sportal.az xəbər verir ki, B qrupunda mübarizə aparan komandalar 2 turdan sonra hərəyə 3 xal toplayıb.
Belədə qupda sonuncu qarşılaşma 4 komanda üçün mühüm əhəmiyyət kəsb edir. Rusiya yığmasını qarşıda Almaniya millisiylə çətin oyun gözləyir.
Rusiya yığmasının heyətində çıxış edən həmyerlimiz Ramil Şeydayev qarşıdakı oyunla bağlı fikirlərini bildirib:
“Almaniya ilə qarşılaşma bizim üçün final oyunu olacaq. Məğlub olsaq, onda evimizə qayıdacağıq. Əgər qitə çempionatında yolumuza davam etmək istəyiriksə, diqqətli olmalıyıq. Almaniya həm fiziki həm də texniki cəhətdən güclü komandadır. Onlara qalib gəlməyin yolu istəkli olmağımızdır. İlk növbədə səhv buraxmaq lazım deyil ki, rəqib bundan istifadə etsin. Əksinə rəqibdə boşluqlar axtarmalıyıq ki, istəyimizə çataq”.
Qeyd edək ki, Almaniya və Rusiya yığmaları arasında qarşılaşma iyulun 13-də keçiriləcək.
saytlarin hazirlanmasi