Uruqvaylı futbolçu beynəlxalq qurumu ittiham etdi
Uruqvay milli komandasının hücumçusu Luis Suares FİFA-ya qarşı ittiham irəli sürüb.
Sportal.az xəbər verir ki, buna səbəb beynəlxalq qurumun DÇ-2014-də uruqvaylı futbolçuya 9 oyunluq cəza verməsidir.
Mundialda italiyalı müdafiəçi Corco Kyellinini “dişləyən” Suares həmin vaxt ağır cəza aldığını desə də, FİFA futbolçuya güzəştə getmədi. Əksinə, ali qurum futbolçunun stadionlara girişinə də qadağa qoydu. FİFA-da baş verən son hadisələr “Barselona”nın aparıcı üzvünü danışmağa məcbur edib.
Onda ədalətli qərarın verilmıdiyini deyən futbolçu FİFA-nın ondan üzr istəməsini tələb edib:
“Düzdü, onda Kyellini qarşı kobudluq etmişdim. Lakin mənə verilən cəza da ədalətli deyildi. FİFA mənə qarşı haqsızlıq edib. 9 oyunluq çəzayla yanaşı stadionların qapıları da üzümə bağlandı. İndi haqqımı tələb etməyin məqamı yetişib. İntizam komitəsinin üzvləri ədalətsiz qərar verdiklərini etiraf etməlidir. Buna görə FİFA rəsmiləri mədən üzr istəməlidir!”
saytlarin hazirlanmasi